Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.
Lent.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 3-ü saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində küləkli hava şəraiti müşhidə olunur. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Mingəçevirdə 16 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 6, aran rayonlarında 13, dağlıq rayonlarda 9 dərəcəyədək isti qeydə alınıb.
Gülşad Məmmədovanın sözlərinə görə ölkə ərazisində müşahidə olunan şimal-qərb küləyi 4-ü gecə saatlarından tədricən zəifləyəcək, 4-ü gündüz və 5-də arabir güclənən cənub-qərb küləyi əsəcək.