Koronavirusla bağlı 58 səhifəlik HESABAT  – Virusu ABŞ yayıb
05 oktyabr 2022 12:15 (UTC +04:00)

Koronavirusla bağlı 58 səhifəlik HESABATVirusu ABŞ yayıb

“Lancet” jurnalı koronavirusun mənbəyi ilə bağlı iki illik araşdırmadan sonra 58 səhifəlik hesabat dərc edib və virusun ABŞ-dakı biotexnoloji laboratoriyadan sızdığı qənaətinə gəlib.

Lent.az jurnalın yaydığı məlumata istinadən xəbər verir ki, tibb jurnalının “Covid” komissiyasına rəhbərlik edən Kolumbiya Universitetinin professoru Ceffri Saks yeni epidemiyaların baş vermə ehtimalını aradan qaldırmaq üçün virusun mənbəyinin mütləq müəyyən edilməsi lazım olduğunu söyləyən adlardan biri olub.

Saks ABŞ administrasiyasında effektiv araşdırma istəməyən insanların olduğunu iddia edir. Saksın sözlərinə görə, onlar qorxurlar ki, ABŞ-ın maliyyələşdirdiyi və dəstəklədiyi tədqiqatlar diqqətlə araşdırılarsa, onlardan birinin milyonlarla insanı öldürməsi faktı üzə çıxacaq.

Çünki, belə olan halda alimlər bəşəriyyətin fəlakətinə səbəb olduqları fakt ilə üzləşməli olacaqlar.

Bu ehtimal da virusun mənşəyi ilə bağlı “Lancet” jurnalının dərc etdiyi 58 səhifəlik hesabatda qeyd olunub.

Hesabatın yekununda: “Virusun insanlar tərəfindən hazırlanmış laboratoriya sızması nəticəsində ortaya çıxması ehtimalı güclüdür. Həm Çində, həm də ABŞ-da bir çox laboratoriyalar bu mövzuda araşdırmalar aparır. ABŞ-da bu obyektlərlə bağlı heç bir araşdırma aparılmayıb” – sözləri qeyd olunub.

"Mən demək olar ki, koronavirusun Amerika biotexnoloji laboratoriyasından sızdığına əminəm. ABŞ və Çində “SARS” kimi virusları laboratoriya şəraitində daha təhlükəli etmək üçün işləyən laboratoriyalar var.” – deyə o, qeyd edib.

C.Saks: “Biz Milli Sağlamlıq İnstitutuna "SARS bənzəri viruslar üzərində hansı işlər var?" deyə soruşduq. Bizə 290 səhifəlik qapalı cavab göndərdilər. Niyə bizim o səhifələri görməmizi istəmirlər?”

Lancet jurnalının hesabatı və professor Saksın pandemiyaya görə ABŞ-ı günahlandıran açıqlamaları böyük reaksiya səbəb oldu.

Saksın iqtisadçı olmasına baxmayaraq, virusoloq və ya genetik kimi mühakimə yürütdüyünü ifadə edən Kanada Peyvənd və Virusologiya İnstitutundan Angela Rasmussen "Bu, Lancet jurnalının bəlkə də ən utanc verici halıdır" dedi.

Qeyd edək ki, Saksın rəhbərlik etdiyi komissiyanın üzvü olan Texas Tibb Məktəbindən Peter Hotez hesabatın komissiya daxilində də böyük mübahisə yaratdığını bildirib.

Lətif İsmayılov

# 1758
avatar

Oxşar yazılar

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR  - RƏSMİ - YENİLƏNİB

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR - RƏSMİ - YENİLƏNİB

29 noyabr 2022 , 21:37
“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq  

“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq  

29 noyabr 2022 , 20:18
Dekabrda gözlənilən maqnit qasırğaları:  ən təhlükəli günlər   AÇIQLANDI

Dekabrda gözlənilən maqnit qasırğaları: ən təhlükəli günlər AÇIQLANDI

29 noyabr 2022 , 20:15
"Tamadalar", bərbər və dərzilərdən bu qədər pul alınacaq

"Tamadalar", bərbər və dərzilərdən bu qədər pul alınacaq

29 noyabr 2022 , 12:28
Naxçıvan gömrüyünə yeni rəis təyin olundu - FOTO

Naxçıvan gömrüyünə yeni rəis təyin olundu - FOTO

29 noyabr 2022 , 12:20
Sabah güclü  yağış və qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü yağış və qar yağacaq - HAVA PROQNOZU

29 noyabr 2022 , 12:16
Bakı milyonçusunun  məzarı acınacaqlı durumda - FOTO

Bakı milyonçusunun məzarı acınacaqlı durumda - FOTO

29 noyabr 2022 , 12:05
Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU  - SƏBƏB

Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU - SƏBƏB

29 noyabr 2022 , 10:53