Koronavirusdan yenə ölənlər var -  SON STATİSTİKA
21 sentyabr 2022 16:32 (UTC +04:00)

Koronavirusdan yenə ölənlər var - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 363 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 820 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 725 nəfər müalicə olunaraq sağalıb, 9 897 nəfər vəfat edib, aktiv xəstə sayı 1 456 nəfərdir.

Ölkədə son sutka ərzində 4 123, hazırkı dövrədək isə 7 225 530 test aparılıb.

 

# 2601
avatar

Oxşar yazılar