Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ankara şəhərindəki Heydər Əliyev Parkını ziyarət edib.
Bu barədə Lent.az-a FHN-dən xəbər verilib.
Bildirilib ki, nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə əklil qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramını bildirib.