Ukraynanın keçmiş baş naziri vəzifəsini icra edən və Ali Radanın keçmiş deputatı Yefim Zvyaqilski COVID-19-un yaratdığı fəsadlar səbəbindən dünyasını dəyişib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hökumət başçısı vəzifəsini tutan siyasətçi 88 yaşında koronavirusdan reanimasiyada dünyasını dəyişib.
“Bu, Donetskdən olan ən məşhur siyasətçilərdən biridir. Zasyadko mədəninin uzun müddət direktoru, Donetsk meri, 1993-1994-cü illərdə Ukraynanın baş naziri səlahiyyətlərini icra edib, Ali Radanın bir çox çağırışlarının xalq deputatı olub”, - məlumatda vurğulanır.