İynə vurmaq, tüstü, ətir və yemək qoxusu orucu pozur?  - Doğru bilinən yanlışlar
18 fevral 2026 15:02 (UTC +04:00)

İynə vurmaq, tüstü, ətir və yemək qoxusu orucu pozur? - Doğru bilinən yanlışlar

0

Fevralın 19-u Ramazan ayı daxil olur. Bu ayın ən vacib ibadətlərindən biri isə oruc tutmaq hesab olunur. İllərdir bu ənənə davam etsə də, hələ də orucu batil edən məsələlərlə bağlı təhrif olunmuş fikirlər, insanları çaşdıran məqamlar paylaşılır. Bu isə oruc tutan adamlarda tərəddüd yaradır: Görəsən, orucum batil olub, yoxsa davam edim?

Xüsusən göz yaşının, tüstünün, tozun, yemək qoxusunun, eləcə də iynə vurmağın orucu pozduğu ilə bağlı fikirlər daha çox səsləndirilir. Bəs görəsən, nələr orucu pozur, nələr yox?

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev Lent.az-a açıqlamasında bu məsələlərə aydınlıq gətirib.

Bu insanlara qurban kəsmək vacib deyil" - Hacı Fuadla MÜSAHİBƏ

“Cəmiyyətdə oruc tutmaqla bağlı bəzi təhrif olunmuş fikirlər dolaşır. Bu səbəblərdən də insanlar yanıla bilirlər. Orucu batil edən şeylərdən biri bilə-bilə qida və maye qəbul etməkdir. Lakin bundan fərqli olaraq bilmədən yemək yemək, su içmək orucu pozmur. Həmçinin heç bir iy-qoxu orucu batil etmir. Buraya ətir, yemək qoxusu və toz da daxildir. Amma qatı qoxulardan ehtiyatlı olmaq lazımdır. Qatı toz, tünd tüstülər, hətta siqaret iyi belə, boğazdan keçdikdə oruc pozulmuş hesab olunur.

Hansısa yerdə yanğın tüstüsünü udmaq, burunla orada nəfəs almaq, eləcə də, göz yaşının axması orucu pozmur. Amma göldə, dənizdə, hovuzda çimdikdə başın bütövlükdə suyun altına salınması halında oruc pozulur.

Gündüz vaxtı olan cinsi münasibətlər, həmçinin heyz halı orucu batil edən səbəblərdəndir. Qəza səbəbindən buraxılan günlər isə növbəti il Ramazan ayına qədər tutulmalıdır.

Orucluqda bilə-bilə səfərə çıxmaq olmaz. Zərurətdən səfər edilirsə, günortaya qədər qayıtmaq lazımdır. 20-50 km məsafə qət edib, axşam yaxud sabah qayıtmaq orucu batil edir.

Bunlardan əlavə Allah və peyğəmbər adına yalan danışmaq, "Qurani-Kərim"də qeyd olunmayan məsələləri doğruymuş kimi danışmaq, həmçinin hədisləri uydurmaq da orucu pozan səbəblərdəndir. İynə vurmaq, gözə və qulağa damcı tökmək orucu batil etmir.

Xəstəliyi olan, dərman qəbul edən insanlara oruc tutmaq olmaz. Lakin sağlam insanın bir gün bilə-bilə oruc tutmamasının 1 gün qəzası, 60 günlük kəffarəsi (cəriməsi) var. Onun 1 ayı növbəti ilin Ramazan ayına qədər dalbadal, qalan 30 gününü isə fasilələrlə tutmaq olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 590

Oxşar yazılar