İsmayıllıda evsiz qalan qadınla bağlı rəsmi AÇIQLAMA -VİDEO
09 fevral 2021 17:43 (UTC +04:00)

İsmayıllıda evsiz qalan qadınla bağlı rəsmi AÇIQLAMA -VİDEO

“Qadın Basqal qəsəbəsində qeydiyyatdadı. Onu bir ailə uşaq evindən götürərək saxlayıb, ailə qurub. Birinci ailəsindən 4 övladı var. Sonra ayrılıb. Keçmiş həyat yoldaşı uşaqları ondan alıb. Hazırda videoda yanında olan uşaq qeyr-rəsmi nigahdan dünyaya gəlib”.

Bu fikirləri Lent.az-a İsmayıllı rayon İnzibati ərazi dairəsi üzrə nümayəndə vəzifələrini müvəqqəti icra edən Xələfov Bəhruz deyib. O, İsmayıllıda yaşayan Məhərrəmova Yeganə Əliəşrəf qızının şikayətinə aydınlıq gətirib.  

Bəhruz Xələfov xanımın hazırda bir nəfərin şəxsi mülkiyyətində olan, istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdəki binada məşkunlaşdığını bildirir:

“Qadın İsmayıllıda avtovağzal deyilən yerdə yaşayır. Hazırda bizim sığınacağımız yoxdur. Yeganə Məhərrəmovaya dəfələrlə xəbərdarlıq etmişəm ki, burada yaşamaq həm özü, həm də uşaq üçün çox təhlükəlidi. Onun əvvəl qaldığı avtovağzal binasının sahibi ilə danışdım, xahiş elədim ki, 1-2 aylığına, sakinlər yeni binaya köçənə kimi, orada məskunlaşsın. O da etiraz etmədi. Xanım təklifimizlə  razılaşmadı. Özünə deyəndə “yaxşı” deyir, amma sonra fikrini dəyişir.

Övladlığa götürən ailə də yaşadığı evi onun adına keçirə bilərdi. Amma onun öz səhvinə görə evi digər qohumların adını keçirdilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4824

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07