Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarəti davam etdirir..
Agentlikdən Lent.az-a verilən məlumata görə, “Fruit-A” Məhdud Məsuliyyətli Cəmiyyətin İrandan ölkəmizə idxal etdiyi 495 kiloqram darçın məhsuluna qurumun müfəttişləri baxış keçirib.
Bu zaman idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.