Yaşlı qadın illərlə pul yığıb, amma gözlənilməz səbəbdən pullarını itirib.
Lent.az xarici mediyaya istinadən bildirir ki, hadisə Malayziyada baş verib. Yaşlı qadın 2024-cü ildə Məkkəyə Həcc ziyarətinə getmək üçün pul yığmağa başlayıb. O, pulunu karton ayaqqabı qutusunda saxlamaq qərarına gəlib.
Nəvəsinin sözlərinə görə, nənəsi 30 min Malayziya rinqiti (təxminən 6,6 min ABŞ dolları) toplaya bilib. Lakin termitlər pulun bir hissəsini yararsız hala salıb.
Nəvəsi qismən salamat qalan pulu Malayziya Mərkəzi Bankına aparmaq istəyir. Onların dəyişə biləcəyinə ümid edir.