"Hazırlığa gedirdim"  - Ən yüksək bal toplayan abituriyent LENT.AZ-a DANIŞDI
11 iyun 2025 15:20 (UTC +04:00)

"Hazırlığa gedirdim" - Ən yüksək bal toplayan abituriyent LENT.AZ-a DANIŞDI

Xəbər verdiyimiz kimi II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olunub.

Bu imtahanda III ixtisas qrupu üzrə maksimum – 400 bal toplayan yeganə tələbə Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Hümmətli Çiçək Hümmət qızıdır.

Çiçək imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 697.5 balla ölkə birincisi olub.

Lent.az-a danışan Çiçək bildirib ki, məqsədi Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasında təhsil almaqdır:

“Uşaqlıqdan arzum Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasında təhsil almaqdır. Yüksək nəticə toplamağımı ilk növbədə ailəmə borcluyam. Onların, xüsusən anamın dəstəyi mənim üçün əvəzolunmazdır”.

III qrup üzrə ölkə birincisi qeyd edib ki, o, dərsdən əlavə hazırlıqlara da gedib:

“Dərsdən sonra məşğələlərə də gedirdim. Uğur qazanmağın əsas sirri disiplinli olmaqdır. Mən hazırlaşdığım hər dəqiqə yuxu rejimimə diqqət edirdim. Hər gün yuxu rejimimin pozulmaması üçün çalışmışam. İnsanın əzmkarlğı, qətiyyəti onu hədəfinə çatdırır. Mən əzmkarlığımla, ailəmin və müəllimlərimin dəstəyi ilə hədəfə çatmışam. Gələcəkdə xarici ölkərdən birində magistratura və doktorantura təhsili alıb, Vətəndə çalışmaq istəyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3588

Oxşar yazılar