Havaya görə bu qurumlar gücləndirilmiş iş rejiminə keçdi
17 fevral 2021 12:38 (UTC +04:00)

Havaya görə bu qurumlar gücləndirilmiş iş rejiminə keçdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə  “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Lent.az bildirir ki, Milli Hidrometeorologiya Departamenti havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağı barədə məlumat yayıb.

Bununla əlaqədar Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Həmçinin ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

Qurum istehlakçılara müraciət edərək bildirir ki, elektrik eneri təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941
avatar

Nigar Adil

Oxşar yazılar