Hava səbəbindən yıxılıb yaralananların sayı 70-i keçdi
25 fevral 2021 13:19 (UTC +04:00)

Hava səbəbindən yıxılıb yaralananların sayı 70-i keçdi

Fevralın 24-dən etibarən ümumilikdə 71 nəfər hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.aza verilən məlumata görə, xəsarət alanlardan 38 kişi, 33 qadındır.

Yaralılardan 6-na yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

 

 

# 1251
avatar

Nigar Adil

Oxşar yazılar