Genlər karyeranıza  həlledici təsir göstərə bilər - ARAŞDIRMA
04 iyun 2026 18:14 (UTC +04:00)

Genlər karyeranıza həlledici təsir göstərə bilər - ARAŞDIRMA

0

Alimlər illərdir bəzi insanların karyerada niyə daha asan uğur qazandığını anlamağa çalışırlar. Almaniyada aparılan yeni əkizlər araşdırması göstərib ki, burada əsas rol genetik faktorların ola bilər.

Uzun illərdir tədqiqatçılar yüksək IQ səviyyəsinə malik insanların niyə daha prestijli işlərdə çalışdığını və daha yüksək gəlir əldə etdiyini araşdırırlar. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni araşdırmanın nəticələrinə görə, bu əlaqədə genetik amillərin rolu düşündüyündən daha böyük ola bilər.

Alimlər əvvəllər də müşahidə edirdilər ki, yüksək IQ göstəricilərinə sahib insanlar daha prestijli peşələrə və yüksək sosial-iqtisadi statusa daha çox nail olurlar. Lakin bu əlaqənin əsas səbəbi barədə fikir ayrılığı mövcud idi: bu nəticələr ailə tərbiyəsi, təhsil və maddi imkanlarla bağlıdır, yoxsa genetika ilə?

Araşdırmalar göstərirdi ki, koqnitiv qabiliyyətlərin genetik təsiri yaş artdıqca güclənir — erkən uşaqlıq dövründə təxminən 20 faiz olduğu halda, yetkin yaşlarda 80 faizə yaxınlaşır.

Təhsil göstəricilərində irsilik səviyyəsi 49–66 faiz, peşə uğurlarında isə 32–71 faiz arasında dəyişib.

Alimlərin ən çox diqqət yetirdiyi məqam isə 23 yaşındakı IQ göstəriciləri ilə 27 yaşındakı sosial-iqtisadi status arasındakı əlaqə olub.

Analiz nəticələrinə görə, bu əlaqənin 69–98 faizi ortaq genetik faktorlarla izah olunub. Bəzi modellərdə IQ ilə peşə statusu arasındakı əlaqənin 98 faizədək hissəsinin məhz irsi faktorlarla bağlı olduğu göstərilib.

Alimlər qeyd edirlər ki, genetik və mühit faktorlarını tam şəkildə bir-birindən ayırmaq çətindir, çünki onlar bir-biri ilə qarşılıqlı təsir göstərə bilər. Bu da genetik təsirin qiymətləndirilməsinə təsir etmiş ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar