“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ölkə vətəndaşları ilə yanaşı, Qırğızıstan, Tacikistan və Əfqanıstan vətəndaşları da təhsil alır”.
APA-nın məlumatına görə, bunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, general-mayor Fizuli Salahov deyib.
General qeyd edib ki, hər il digər dövlətlərdən burada təhsil almaq üçün müraciətlər olunur: “Bu, bizim məktəbin potensialını göstərir. Onları azərbaycanlı kursantlar kimi peşəkarcasına yetişdiririk".