Gənc jurnalist Oğuz Altay koronavirusdan dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu haqda onun dostları sosial şəbəkədən paylaşım ediblər.
32 yaşlı jurnalist bir müddət öncə COVID-19 virusuna yaxalanmışdı.
Qeyd edək ki, O.Altay femida.az saytının əməkdaşı idi.
Xatırladaq ki, on gün öncə "Facebook" hesabından koronavirusa yaxalandığını və insanları ehtiyatlı olmağa səsləyən paylaşım etmişdi.