Mətbuat Şurasının sədri Əflatun Amaşov
30 iyun 2021 15:36 (UTC +04:00)

Mətbuat Şurasının sədri Əflatun Amaşov

Əflatun Amaşov: “İndi jurnalist olmaq üçün ali təhsil lazım deyil”

“İndiki zamanda jurnalist olmaq üçün ali təhsil də lazım deyil. Telefonla hansısa bir hadisəni çəkib, onu internetdə yaymaqla jurnalist adına layiq ola bilərsən”.   

Bu fikirləri Lent.az-ın “Məndən soruş” layihəsində iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov səsləndirib.

O bildirib ki, Azərbaycanda jurnalistlərin sayının çox olması sosial məsələlərlə bağlıdır: “1990-cı illərdə iş yerlərinin az olması, insanların həyat şəraitlərini qorumaq üçün səylər göstərməsi, onların başqa sahələrdə iş tapa bilməməsi çoxsaylı insanları jurnalistikaya yönəltdi. O zamanlar apardığımız araşdırma zamanı məlum olmuşdu ki, (əminəm ki, tərkib indidə ciddi olaraq dəyişməyib) jurnalistikada çalışan insanların demək olar 75-80 faizə qədərinin təhsili qeyri-jurnalist təhsillidir. Hətta elələri var idi ki, orta məktəbi belə bitirməmişdilər. Yavaş-yavaş püxtələşmə getdi, həmin insanların sayı azaldı, başqa sahələrdə özləri üçün güzəran qura bildilər, iş tapdılar, jurnalistikadan uzaqlaşdılar. Jurnalistika kifayət qədər maraqlı peşə olduğuna görə bu sahəyə bundan sonra da maraq göstərənlər çox olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Nigar Adil

Oxşar yazılar