Dörd müəllimdə koronavirus aşkarlandı –  MƏKTƏB BAĞLANDI   - YENİLƏNİB
03 mart 2021 11:19 (UTC +04:00)

Dörd müəllimdə koronavirus aşkarlandı – MƏKTƏB BAĞLANDI - YENİLƏNİB

 

Paytaxtdakı 106 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. 

Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, 106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1  nəfər direktor müavininin COVİD-19 testi pozitiv çıxıb. 

Bu səbəbdən Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. 

Bununla əlaqədar məktəbin fəaliyyəti 7 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb. 

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar. 

Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir. 

İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq.

***

10:59

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəb martın 1-də fəaliyyətini müvəqqəti dayandırıb.

Məktəbdən Lent.az-a verilən məlumata görə, adıçəkilən təhsil müəssəsində 4 müəllim koronavirusa yoluxub.

“Şagirdlərdə virusa yoluxma halı qeydə alınmyıb. Məktəbin bağlı olması haqqında Təhsil Nazirliyi və Təhsil İdarəsi məlumatlıdır. Martın 9-dək dərslər distant şəkildə davam etdiriləcək”.

Bakı .şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovun APA-ya verdiyi məlumata görə, bu günə qədər koronavirus səbəbindən BŞTİ-nin tabeliyindəki 2 məktəb karantinə bağlanıb.

Xatırladaq ki, Bakının Nərimanov rayonunda yerləşən 82 saylı məktəb də koronavirus səbəbindən karantinə bağlanıb. 

Qeyd edək ki, bu haqda ilk məlumatı “report” yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6801
avatar

Nigar Adil

Oxşar yazılar