Bu rayona  qar yağır   - FAKTİKİ HAVA
07 mart 2024 16:21 (UTC +04:00)

Bu rayona qar yağır - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a  bildirilib ki, martın 7-si saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib.

Bakı, Sumqayıt, Maştağa, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gədəbəy, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Şəki, Qax, Balakən, Mingəçevir, Yevlaxda yağış, Daşkəsəndə isə qar yağır.

Binə, Pirallahı, Sumqayıt, Çilov adası, Naftalan, Qobustan, Quba, Qusar, Tərtər, Mingəçevir, Göyçay, Bərdə, Beyləqan, Goranboy, Hacıqabul, Biləsuvar, Astara, Ağdam, Zərdabda duman müşahidə olunur. Görünüş məsafəsi 500-800 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da eləcə də, Aran rayonlarında 13, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək isti qeydə alınıb.

# 7605
avatar

Oxşar yazılar