“Bu ilin 9 ayında 345 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanədək məhdudlaşdırılıb”
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, 131 müəssisənin tam sağlamlaşdırılması təmin edilib.
AQTA sədri bildirib ki, ilin 9 ayında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirləri nəticəsində, ümumilikdə, 115 baş, 1972 ton, 297146 litr və 37 902 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə aid məhsulların məhv edilməsi, 20 ton məhsulun utilizasiyası təmin olunub:
“Təqdirəlayiq hal odur ki, son illər vaxtı keçmiş məhsulların məhv edilməsi ilə bağlı agentliyə müraciət edən sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. Agentlik tərəfindən həmin məhsullar məhv edilərək təkrar dövriyyəyə daxil olunmasının qarşısı alınır”.