Bu ərazilərə 40 santimetrə qədər qar yağıb - FAKTİKİ HAVA
18 fevral 2021 10:28 (UTC +04:00)

Bu ərazilərə 40 santimetrə qədər qar yağıb - FAKTİKİ HAVA

Fevralın 18-nə olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb,  bəzi yerlərdə intensivləşib, güclü şimal-qərb küləyi əsib. 

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 42 (aylıq normanın 80 faizi), Lənkəranda 38 (aylıq normanın 36 faizi), Zaqatalada 33 (aylıq normanın 74 faizi) Xınalıqda 28, Gədəbəydə 28 (aylıq normanın 97 faizi), Balakəndə 27, Şəkidə 26 (aylıq normanın 59 faizi), Daşkəsəndə 25 (aylıq normanın 70 faizi), Qrızda 24, Ağstafada 23 (aylıq normanın 102 faizi), Kişçayda (Şəki) 22 (aylıq normanın 50 faizi), Astarada 20 (aylıq normanın 21 faizi), Oğuzda 20 (aylıq normanın 40 faizi), Gəncədə 18 (aylıq normanın 121 faizi), Şahdağda 18, Şəmkirdə 16 (aylıq normanın 69 faizi), Tovuzda 16 (aylıq normanın 71 faizi), Qubada 16 (aylıq normanın 53 faizi), Qəbələdə 15 (aylıq normanın 27 faizi), Mingəçevirdə 14 (aylıq normanın 55 faizi), Göygöldə 13, Ağdamda 11 (aylıq normanın 51 faizi), Lerikdə, Göyçayda 10, Bərdə, Naftalanda 9, Şərurda 8, Zərdab, Yevlax, Şahbuzda 7, Tərtər, Ağdərə (Ordubad), Qusarda 6, Yardımlı, Beyləqan, Ceyrançöldə 5, Kürdəmir, Sədərək, Xaltan, Xaçmazda 4, Sabirabad, Altıağac, İsmayıllıda 3, Cəfərxan, Salyan, Hacıqabul, Ordubad, Ağsu, Mərəzədə 2, Salyan, Neftçala, Biləsuvar, Şabran, Nabran, Naxçıvan, Şamaxı, Bakı, Sumqayıt, Maştağa, Binə, Pirallahıda 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda 40, Şahdağda 39, Daşkəsəndə 28, Gədəbəydə 24, Göygöldə 22, Kişçay, Tovuz,  Qrızda 10, Şəki, Oğuzda 9, Zaqatalada 6, Gəncədə 4, Quba, Xaltanda 3, Xınalıq, Şəmkir, Qusarda 2, Balakən, Altıağac, Mərəzə, Hacıqabul, Yardımlı, Qəbələdə 1 sm olub.

Qərb küləyinin sürəti  Neftçalada 30, Naftalanda 28, Tərtərdə 25, Gəncədə 24, Biləsuvar, Salyanda 20, Şəmkirdə 19, Xaçmaz, Şəki, Hacıqabulda 16, Qum adasında 27, Neft Daşları, Bakıda 21, Pirallahı, Sumqayıt, Çilov adasında 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2592
avatar

Nigar Adil

Oxşar yazılar