“Astrologiya və numerologiya” sahəsində fəaliyyət göstərən mütəxəssislərin fikrincə, insanın doğulduğu ay onun xarakterinə və yaradıcılıq potensialına təsir göstərə bilər.
Lent.az “Parade” jurnalına istinadən xəbər verir ki, xüsusilə fevral, aprel, iyul və sentyabr aylarında doğulan şəxslərin yaradıcılıq qabiliyyətlərinin daha güclü olduğu hesab edilir.
Mütəxəssislər bildirirlər ki, bu aylarda doğulan insanlar fərqli düşüncə tərzi, qeyri-standart həllər tapmaq bacarığı və yeni ideyalar yaratmaq xüsusiyyəti ilə seçilirlər.
Yazıda qeyd olunur ki, yaradıcılıq yalnız incəsənətlə məhdudlaşmır, eyni zamanda biznesdə, ünsiyyətdə və gündəlik həyatda da özünü göstərə bilər.