Birləşdirilən xəstəxanaların həkimləri işdən çıxarılır? - Direktor CAVABLADI
30 iyun 2021 15:53 (UTC +04:00)

Birləşdirilən xəstəxanaların həkimləri işdən çıxarılır? - Direktor CAVABLADI

“Bakı, Sumqayıt və Abşeronda yerləşən tibb müəssisələrində həyata keçirilən struktur dəyişiklikləri başa çatmaq üzrədir”.

Lent.az xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

O bildirib ki, bir neçə tibb müəssisəsinin birləşməsi nəticəsində ixtisar olunma faktı yoxdur: "Sadəcə müəyyən şöbələr birləşdirilərək optimallaşma prosesi gedir. Bir sözlə, ixtisar yoxdur və gələcəkdə də olmayacaq”.

Mərkəz direktoru qeyd edib ki, tibb işçilərinin əməkhaqqı qaydalarının dəyişdirilməsi üzərində də operativ iş gedir:

"Qaydalar bütün səhiyyə sahəsini əhatə edəcək və təsdiq olunduqdan sonra geniş məlumat veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2358
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar