Bakının Binəqədi rayonunun Binəqədi kəndində, Gülüstan küçəsi 15 ərazisində günlərdir içməli su borusu partlayıb.
Lent.az-a müraciət edən sakinlər bildirir ki, 10 gündən çoxdur içməli su borusu partlayaraq, küçəyə axır.
Bu səbəbdən də yollar palçıq olub, gediş-gəliş çətinləşib. Onlar müvafiq quruma dəfələrlə müraciət etsələr də, hələ ki, məsələyə baxılmayıb.
Məsələ ilə bağlı Lent.az-ın sorğusuna İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, hazırda araşdırma aparılır, nəticə ilə bağlı əlavə məlumat veriləcək.