Bayram gecəsi  ekspress marşrutlar   işləyəcək
30 dekabr 2022 16:12 (UTC +04:00)

Bayram gecəsi ekspress marşrutlar işləyəcək

Dekabrın 31-də Dənizkənarı Milli Park istiqamətindən 2 istiqamət üzrə ekspres marşrutlar təşkil edilib.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, ekspress marşrut xətlərinin istiqamətləri aşağıdakılardır:

• Dənizkənarı Milli Park - “20 Yanvar” metro stansiyası
• Dənizkənarı Milli Park - “ Həzi Aslanov” metro stansiyası

Eyni zamanda Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən, bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar gecə saatlarınadək xidmət göstərəcək.

Agentlik tərəfindən bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib.

Qeyd edək ki, ekspres marşrut üzrə avtobusların çıxış nöqtəsi Park Bulvarın qarşısı müəyyən olunub.

# 1818
avatar

Oxşar yazılar