Bakıda yıxılıb yaralananların sayı 39-a çatdı –  RƏSMİ   - YENİLƏNİB
24 fevral 2021 18:14 (UTC +04:00)

Bakıda yıxılıb yaralananların sayı 39-a çatdı – RƏSMİ - YENİLƏNİB

Saat 18:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 39 nəfər (20 kişi, 19 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

***

15:10

Bu gün saat 15:00-a qədər olan məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a verilən xəbərə görə, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.

***

13:21

Hava şəraiti ilə əlaqədar 22 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a bildirilib ki,

10 kişi, 12 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 2- nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

 

# 3741
avatar

Nigar Adil

Oxşar yazılar