Bakıda 9 dərəcə şaxta olacaq -  PROQNOZ
24 fevral 2021 13:27 (UTC +04:00)

Bakıda 9 dərəcə şaxta olacaq - PROQNOZ

Fevralın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq.

Atmosfer təzyiqi normadan yüksək 779  mm civə sütunu, nisbi rütubət  80-90 faiz təşkil edecək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 10-15,  gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Fevralın 25-də Abşeron yarımadasında soyuq temperatur diskomfortu gözlənilməsinə baxmayaraq meteoroloji amillərin zəif tərəddüdü və havanın oksigenlə zəngin olması meteohəssas insanlar üçün müsbət amildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3237

Oxşar yazılar

Ramazan ayının 21-ci gününün DUASI

Ramazan ayının 21-ci gününün DUASI

20 mart 2025 , 22:00
İnsan hansı dövrlərdə daha sürətlə qocalır?

İnsan hansı dövrlərdə daha sürətlə qocalır?

20 mart 2025 , 19:14
Güclü külək Beyləqanda yas mağarını uçurub -FOTOLENT

Güclü külək Beyləqanda yas mağarını uçurub -FOTOLENT

20 mart 2025 , 18:10
8 dəqiqə  ölən kişi   elə şeylər danışdı ki...

8 dəqiqə ölən kişi elə şeylər danışdı ki...

20 mart 2025 , 15:35
XƏBƏRDARLIQ:  Sabahın havası bu insanlar üçün əlverişsizdir

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir

20 mart 2025 , 14:37
Azərbaycana YAZ GƏLDİ

Azərbaycana YAZ GƏLDİ

20 mart 2025 , 13:01
Bakıda Novruz təntənəsi - FOTOLENT

Bakıda Novruz təntənəsi - FOTOLENT

20 mart 2025 , 12:58
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

20 mart 2025 , 12:57