Azərbaycanın rayonlarına qar yağır - FAKTİKİ HAVA
17 fevral 2021 15:49 (UTC +04:00)

Azərbaycanın rayonlarına qar yağır - FAKTİKİ HAVA

Fevralın 17-nə olan faktiki havanı açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Maştağa, Binə, Pirallahı, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Mərəzə, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Göytəpə, Lənkəran, Astara, Xınalığa yağış, Şabran, Nabran, Sarıbaş (Qax), Xaltan, Quba, Xaçmaz, Qrız, Tovuz, Ağstafa, Qusar, Gədəbəy, Şahdağ, Daşkəsənə qar yağıb.

Şimal-qərb küləyinin  sürəti Xınalıq, Naftalanda 28, Neftçalada 26, Tərtərdə 25, Gəncədə 24, Şəmkir, Salyanda 18, Xaçmaz, Şəki, Hacıqabul, Qrızda 16, Qum adası, Pirallahıda 23, Bakıda 20, Çilov adası, Neft Daşlarında 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.5 metrə çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2604
avatar

Nigar Adil

Oxşar yazılar