Azərbaycan radiosunun ilk diktorlarından biri olan Züleyxa Hacıyeva COVID-19-a yoluxub.
Lent.az xəbər verir ki, bu barədə aparıcı Pərvin Əsgərli sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Z.Hacıyevanın vəziyyəti çox ağırdır:
"Qızı Gülnarə xanımla danışanda dedi ki, günlərdir yemək belə yemir. Amma yaddaşı özündədir. Zəng edib maraqlananları tanıya bilir.
Allahdan şəfa diləyirəm, bizim sevimli diktorumuza. İnşallah, sağalar və dünən tamam olan yaşını növbəti ildə sağlam şəkildə özü ilə birlikdə qeyd edərik".
P.Əsgərli qeyd edib ki, diktorun dünən 97 yaşı tamam olub.