Azərbaycanda qadın müəllim Vətən Müharibəsində şəhid olan şagirdinin adına bulaq inşa edib.
Lent.az-ın məlumatına görə, şəhid Valeh Bədəlovun adını daşıyan bulaq Zaqatala rayonu Aşağı Tala kənd 3 saylı orta məktəbin həyətində tikilib.
Həmin məktəbin müəllimi Xanım Həsənova öz əlləri ilə inşa etdiyi bulağa Vətən Müharibəsində qəhrəmancasına şəhid olan şagirdi, Xüsusi Təyinatlı Qüvvələrin baş-leytenantı Valeh Bədəlovun adını verib. Bulağın açılışına rayon rəhbərliyi və şəhidin ailə üzvləri də qatılıb.
Qeyd edək ki, Valeh Vahid oğlu Bədəlov 10 oktyabr 1990-cı ildə Zaqatala rayon Aşağı Tala kəndində anadan olub. Vətən Müharibəsində fəal iştirak edən V.Bədəlov Fizulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Valeh Bədəlov