Azərbaycanda iki peyvəndin birgə sınağına icazə verildi – DÜNYADA İLK
09 fevral 2021 15:34 (UTC +04:00)

Azərbaycanda iki peyvəndin birgə sınağına icazə verildi – DÜNYADA İLK

Azərbaycan ilk olaraq “Sputnik V” və “AstraZeneca” şirkətlərinin COVID-19-a qarşı olan peyvəndlərin birgə tətbiqi tədqiqatına icazə verdi.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə “Sputnik V” peyvəndinin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı peyvəndin birgə tətbiqi üçün Azərbaycanda kliniki tədqiqatların aparılması üçün icazə verib. Bu tədqiqatların fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur.

Daha əvvəl N.F.Qamaleya adına Elmi-Tədqiqat Mərkəzi, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF), “AstraZeneca” şirkəti və “R-Pharm" Şirkətlər Qrupu koronavirus peyvəndinin hazırlanması sahəsində Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə 2020-ci ilin dekabrında əməkdaşlıq haqqında birgə memorandum imzalayıblar.

Tədqiqatlar “Sputnik V” peyvəndinin  və Oksford Universiteti ilə birgə “AstraZeneca” şirkəti tərəfindən işlənib hazırlanmış peyvəndin kombinasiya edilmiş tətbiqinin immunogenliyini və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur. Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır.

“Sputnik V” peyvəndi haqqında

“Sputnik V” peyvəndi insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən peyvəndlərlə müqayisədə daha güclü və uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edir. Birinci və ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir və bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır və uzunmüddətli immunitet yaradır. O cümlədən, bu sxem sayəsində “Sputnik V” peyvəndinin səmərəliliyi 90 faizdən çox olur, bununla belə preparat xəstəliyin ağır hallarına qarşı tam müdafiəni təmin edir. Koronavirusa qarşı mövcud olan qabaqcıl peyvəndlər arasında hazırda yalnız “Sputnik V” iki müxtəlif vektor texnologiyasına malikdir.

“AstraZeneca” şirkətinin peyvəndi haqqında

Peyvənd “Vaccitech” şirkəti ilə birlikdə Oksford Universiteti tərəfindən hazırlanmışdır. Bu şimpanzedə infeksiyaya səbəb olan adi soyuqdəymə virusunun (adenovirusun) zəifləmiş versiyası əsasında şimpanzenin replikasiya qüsurlu virus vektorundan istifadə edir və SARS-CoV-2 (severe acute respiratory syndrome coronavirus 2 – 2-ci növ koronavirusun səbəb olduğu ağır kəskin respirator sindromu) zülalının genetik materialından ibarətdir. Peyvəndləmədən sonra zülalın səthi sintezi baş verir. Bu da, bu virusun ehtimal edilən sonrakı infeksiyası zamanı SARS-CoV-2-yə qarşı immunitet reaksiyasının yaranmasına səbəb olur.

Qeyd edək ki, dünyada peyvəndlərin ilk birgə tətbiqi 2020-ci il dekabrın 24-də qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3985

Oxşar yazılar

Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi

Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi

22 aprel 2025 , 10:42
Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40