Azərbaycanda bu şirkətlərə mobil telefonlara görə  iş açıldı
21 iyun 2022 14:39 (UTC +04:00)

Azərbaycanda bu şirkətlərə mobil telefonlara görə iş açıldı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi məqsədilə tədbirləri davam etdirir.

Qurumdan Lent.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində Dövlət Xidməti mobil telefon cihazları bazarında araşdırmalar aparıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib. 

Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməyən “V-TELECOM” MMC, “İMPERİUS” MMC və “BUL ELECTRONİCS” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb. 

İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli) yerləşdiriləcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2667
avatar

Fidan İlqar

Oxşar yazılar