Autizmli uşağı döyən psixloqla bağlı RƏSMİ AÇIQLAMA
31 avqust 2026 13:45 (UTC +04:00)

Autizmli uşağı döyən psixloqla bağlı RƏSMİ AÇIQLAMA

0

Şirvanda autizmli uşağa şiddət göstərən psixoloqla bağlı görüntülər yayılıb.

Lent.az xəbər verir ki, psixoloq Ceyran Muradova autizmli uşağa qarşı şiddət göstərib, həmin görüntüləri isə səhvən valideynə göndərib. 

Lent.az-ın sorğusuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, bununla bağlı Şirvan ŞPŞ-yə müraciət daxil olub və müvafiq araşdırmalar aparılır. Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür.

Həmçinin psixoloqla bağlı MÜTDA-ya da sorğu ünvanladıq.

Bildirildi ki, psixoloq MÜTDA-nın tabeliyindəki müəssisələrdə çalışmır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 126

Oxşar yazılar