Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.
Fonddan Lent.az-a verilən xəbərə görə, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Beləliklə, aprel ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb.
Aprelin 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 16-da ölkəmizin digər bölgələri üzrə pensiyalar və güzəştli şərtlərlə təyin edilmiş pensiyalar da ödənilib.