Antalyada meşələri  KİM YANDIRIB?   – Sevgilisi polisə elə bir səs yazısı verdi ki...
23 avqust 2021 15:11 (UTC +04:00)

Antalyada meşələri KİM YANDIRIB? – Sevgilisi polisə elə bir səs yazısı verdi ki...

Türkiyənin Antalya şəhərinin Manavqat və Akseki bölgələrində meşə yanğınlarını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Lent.az yerli mətbuata istinadən bildirir ki, sevgilisinin səs yazısını polisə təqdim edən qadın (Özlem T.) onun 1000 lirə qarşılığında meşələri yandırdığını və əlavə olaraq 250 lirə də ödənildiyini deyib. 

Özlem T. polisə açıqlamasında qeyd edib ki, bu barədə sevgilisi özü ona məlumat verib.

Özlemin qeyd etdiyinə görə, meşəni yandırmaq üçün Aliyə ödəniş edən şəxslər tapşırıblar ki, saxlanılacağı təqdirdə  içki aludəçisi və ya narkotik asılılığı olduğunu desin. 

Ali T. haqqında söylənilən ittihamları rədd edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4500
avatar

Nigar Adil

Oxşar yazılar