Valideyn veqandırsa, bunu uşağa tətbiq edə bilər? - AÇIQLAMA
01 yanvar 2020 17:00 (UTC +04:00)

Valideyn veqandırsa, bunu uşağa tətbiq edə bilər? - AÇIQLAMA

ABŞ-ın Florida ştatında, veqan olan ana və ata 18 aylıq körpələrini çiy qidalarla bəslədikləri üçün onun ölümünə səbəb olublar.

Lent.az Medicina.az-a istinadən xəbər verir ki, Sheila Oleary və Ryan Oleary adlı veqan cütlük, 18 aylıq oğlan uşaqlarına ancaq manqo, banan, avokado kimi çiy qidalar veriblər. Hadisə ilə bağlı araşdırmada uşağın zülal tərkibli qidalarla bəslənmədiyi üçün öldüyü məlum olub. Ekspertizanın rəyindən sonra hər iki valideyn həbs olunublar. 

Bəs veqan nədir? Veqeteryanla Veqan arasındakı fərq nədir?

Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablayan dietoloq Tutu Zeynalova bildirib ki, Veqeteryanlıq bir həyat tərzidir:

“Veqeteryanlar bir neçə qrupa bölünür. Bunlardan lakto veganlar ət və ət məhsulları yemirlər, lakin süd, yumurta, bal və s. istifadə edirlər. Veqanlar isə heyvan mənşəlli heç bir qidadan istifadə etmirlər. Bu isə olduqca təhlükəlidir. Bu insanlarda saç tökülməsi, menstruasiya və digər problemlər tez-tez yaranır. Eyni zamanda həmin adamlarda psixoloji problemlərin yaranma riskdə çoxdur. Buna görə də veqanlar 3 və ya 6 aydan bir mütləq qan analizləri verməlidirlər. Onlarda həm də b 12, sink, maqnezium, dəmir, kalsium və s. vitaminlər də yoxlanılmalıdır. Əgər problem olarsa heç olmasa tərkibində həmin vitaminlər olan həblər verilməlidir. Amma valideyn veqandırsa, bunu uşağa tətbiq etməyi doğru deyil. Bu uşaqlara zərər verə bilər. Yaxşı olar ki, valideyn bunu uşağın öz ixtiyarına buraxsın, onlar müəyyən yaşdan sonra özləri qərar versin. Heç bir valideynin ixtiyarı yoxdur ki, öz seçimlərini uşaqlara tətbiq edib olar üçün təhlükə yaratsın. Uşaqların qidasında valideyn məsuliyyət daşıyır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1478

Oxşar yazılar