Fevralın 21-dən Bakı metropolitenində dezinfeksiya işlərinə başlanacaq.
Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, ilkin olaraq dezinfeksiya işləri qatarlarda aparılacaq: “Bununla bağlı tədbirlər planı hazırlanıb və gələn həftədən dezinfeksiya işləri stansiyalarda aparılacaq”.