Koronavirusun əlamətləri belə başlayır – Baş infeksionist DANIŞIR
17 iyun 2020 12:36 (UTC +04:00)

Koronavirusun əlamətləri belə başlayır – Baş infeksionist DANIŞIR

“Koronavirusa yoluxan insanda əlamətlər bir neçə gün əvvəldən özünü göstərir, sadəcə olaraq insan əhəmiyyət vermir”.

Bunu Lent.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib: “İnsan virusa yoluxur, amma gözləyir ki, ortaya çıxan əlamətlər bir neçə günə keçər. Daha sonra xəstəxanaya gələndə ağırlaşma baş verir. Ağırlaşma da hamıda baş vermir. Yanaşı gedən xəstəliyi, müəyyən patalogiyası olan insanlarda bunlar baş verə bilir”.

Həkim bildirib ki, hərarət, boğazda ağrılar, öskürək, zəiflik, halsızlıq, sümük-əzələ ağrıları, iştahsızlıq, qusma və ishalın meydana çıxması kimi əlamətlər, xüsusilə temperatur fonunda ortaya çıxırsa, koronavirusa görə yoxlanmaq vacib şərtdir.

C.İsayevin sözlərinə görə, virusun ciyərlərə mənfi təsir etməsi fərdi xüsusiyyətlərdən asılıdır: "Ola bilər ki, kimdəsə bir həftəyə, başqa birində iki həftəyə özünü göstərir".

İnfeksionist koronaviruslu xəstələrin zoğal mürəbbəsi, kəklikotu, zəncəfilli çaydan istifadəsinin faydalı olduğunu, lakin ağır xəstələrin mütləq xəstəxana şəraitində müalicə olunmasının vacibliyini qeyd edib: "Evdə müalicəsinə qərar verilən xəstələr də mütləq həkim nəzarəti altında olmalıdır”.

Baş infeksionist koronavirusa görə edilən test cavablarının gec çıxması məsələsinə də münasibət bildirib: “Əvvələr testlərin cavabı gec çıxsa da, son vaxtlar müəyyən qədər irəliləyiş var. Götürülən analizlərin nəticəsi bir-iki günə məlum olur və SMS-lə xəbər göndərilir.

Koronavirus başlayandan müzakirə olunurdu ki, yüngül xəstələr evdə özlərini karantin rejimində saxlasınlar, evi tərk etməsinlər. Həm özlərini, həm də digər insanları qorusunlar. Bununla bağlı hələ ki, qərar verilməyib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19126
avatar

Aygün İbrahimli

Oxşar yazılar