Bu müəssisədə mənşəyi məlum olmayan pendir aşkarlandı
30 noyabr 2019 14:10 (UTC +04:00)

Bu müəssisədə mənşəyi məlum olmayan pendir aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. 

AQTA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bərdə rayonu Mirzabəyli kəndində vətəndaş Alıyev Elton İsbi oğluna məxsus pendir istehsalı müəssisəsində reyd keçirib. Reyd zamanı sexin sanitar-gigiyenik norma və qaydalarına əməl etmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin müəssisədə 300 kiloqram mənşəyi məlum olmayan pendir aşkarlanıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan götürülən nümunələr analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. 

Eyni zamanda Agentliyin əməkdaşları Bərdə rayonu Kələntərli qəsəbəsində vətəndaş Qoçayev Mahir Saday oğluna məxsus pendir istehsalı müəssisəsində də reyd keçiriblər. Yoxlama zamanı sexdə qida təhlükəsiliyi sahəsində mövcud texniki normativ tələblərinin pozulması faktı aşkar edilib.  

Qanunsuz fəaliyyət göstərən istehsal müəssisəsində sanitar-gigiyenik norma və qaydalara əməl edilmədiyi, antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub. Müəssisədən istehsal və insan istehlakı üçün yararsız olan, eyni zamanda çarpaz çirklənməyə məruz qalan 3 ton 767 litr süd qanunvericiliyin tələblərinə uyğun olaraq utilizasiya edilib.

Antisanitar şəraitdə fəaliyyət göstərən sexin fəaliyyəti məhdudlaşdırılıb. 

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04