14 nəfər dəm qazından zəhərləndi, iki uşağın vəziyyəti ağırdır - RƏSMİ
17 fevral 2021 15:25 (UTC +04:00)

14 nəfər dəm qazından zəhərləndi, iki uşağın vəziyyəti ağırdır - RƏSMİ

“Ötən həftə dəm qazı ilə bağlı 14 müraciət daxil olub. Onlardan 9-u qəbul olunub. İkisi azyaşlı uşaqdır”.

Bunu Lent.az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.  

Onun sözlərinə görə, 10 və 12 yaşlı uşaqların vəziyyəti hələ də ağırdır:

“Mövsümlə bağlı bu cür zəhərlənmə hallarına tez-tez rast gəlirik. Məsləhət görərdik ki, qapalı mühitdə qazla işləyən cihazlara nəzarət olunsun. Hadisə baş verdikdə, zərərçəkənlərə dərhal təhlükəsizlik tədbirləri və ilkin tibbi yardım edilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031
avatar

Nigar Adil

Oxşar yazılar