“Çiççino” keyfiyyətsiz şirniyyat istehsal edirmiş
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi Bakı şəhəri, Nərimanov rayonu, İ. Dadaşov küçəsi 52 ünvanında fəaliyyət göstərən “Çiççino” MMC-də unlu qənnadı məmulatların istehsalı zamanı normativ sənədlərin tələblərinə, metroloji qayda və normalara riayət olunması ilə bağlı dövlət nəzarəti həyata keçirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, məhsullar müəyyən edilmiş qaydada təsdiq olunmuş normativ və texnoloji sənədlər (reseptura) olmadan istehsal edilir, unlu qənnadı məmulatların təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və uyğunluq sertifikatları mövcud deyil, istismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.
Aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə inzibati qaydada protokol tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 228.0.4 və 228.0.12 maddələrinə əsasən 4 min manat məbləğində cərimə tətbiq edilib. Eyni zamanda qanunvericiliyə uyğun olaraq sertifikatsız istehsal olunan məhsulların istehsalının dayandırılması barədə tələbnamə verilib.

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09