“Abituriyent” jurnalının növbəti sayı çıxıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) «Abituriyent» jurnalının 10-cu sayında qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərin siyahısını və onlar haqqında məlumatları dərc edib.
Komissiyanın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, bu nəşrin əsas məqsədi istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübəsinin öyrənilməsi, təbliği, yeniyetmələri təhsilə həvəsləndirməkdir. Bu məlumatlardan görünür ki, yüksək bal toplamış gənclər arasında respublikanın əksər regionlarının, əhalinin bütün sosial təbəqələrinin təmsilçiləri var.
TQDK-da bildirirlər ki, bu il respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 1384 abituriyent 600-dən yuxarı bal toplayıb. Onlardan 7 nəfəri maksimal nəticə (700 bal) əldə edib. Ən yüksək nəticə göstərmiş 102 gəncə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib. Prezident təqaüdçülərinin 23 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 25 nəfəri Azərbaycan Tibb Universitetinin, 15 nəfəri Bakı Dövlət Universitetinin, 25 nəfəri “Qafqaz” Universitetinin, 7 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının, 3 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinin, 1 nəfəri Azərbaycan Milli Aviasiya Akademiyasının, 1 nəfəri Moskva Dövlət Universitetinin Bakı filialının, 2 nəfəri isə xüsusi təyinatlı təhsil müəssisələrinin tələbələridir.
TQDK bu il də öz ənənəsinə sadiq qalaraq ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülmüş gənclərlə görüş keçirib.
Elxan SALAHOV

Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33