Ziyafət Əsgərov deputat həmkarını tənqid etdi
22 oktyabr 2019 14:15 (UTC +04:00)

Ziyafət Əsgərov deputat həmkarını tənqid etdi

“Təəssüf edirəm ki, bəzi həmkarlarımız oturduğu budağı laxladır. Deputat Fazil Mustafa saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar. Hörmətli deputatlar, plenar iclas zamanı bizi 8 kamera çəkir, danışıqlarınız bu kameralar tərəfindən fiksə olunur. İstənilən insan çıxışını alıb, paylaşa bilər. Buna heç bir məhdudiyyət yoxdur”.
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
 
Z.Əsgərov deyib ki, Milli Məclis ciddi orqandır: “Fazil Mustafa, siz burada “selfie”, foto çəkdirib özünüzü reklam etdirmək istəyirsinizsə, öz işinizdir. Bunu Milli Məclis rəhbərliyinin adına yıxmayın. Bura “selfie” çəkmək yeri deyil, ciddi orqandır, burada qanunlar yaradılır. O, sonra da deyir ki, iqtidar tənqidlərə dözümlü yanaşmalıdır. Razıyam, amma tənqidə... Böhtana, təhqirə, yalana, şərə deyil. Fazil Mustafa deyir ki, müxalifət iqtidarı lap ağır tənqid etsə də, buna dözümlü yanaşın. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur? Belə çıxır ki, müxalifət iqtidara şər-böhtan ata bilər, amma iqtidarın cavab vermək hüququ yoxdur... Bu artıq, qeyri-demokratik olur. Sən deyirsən, mən də cavabını verməliyəm. Fazil Mustafa televiziyalarda çıxışlar edir, sosial şəbəkələrdə yazılar yazır, onun fəaliyyətini kim məhdudlaşdırır ki?”. 
 
Deputat Fazil Mustafa özünün “facebook” səhifəsində Ziyafət Əsgərovun tənqidlərinə münasibət bildirib.
O, parlamentin bugünkü iclasında iştirak etmədiyini diqqətə çatdırıb: “Hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədiyim halda belə bir açıqlaması bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Zuyafət müəllim Milli Məclis sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Belədirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq. Məni narahat edən sadəcə elmlər doktoru, Anayasa professorunun bizim çıxışlarımızı telefonla çəkərək, sosial şəbəkədə paylaşmamızı “selfie” kimi dəyərləndirməsidir. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1106
avatar

Oxşar yazılar