
Ukraynada Nizami Gəncəvinin heykəli qoyulacaq
Ukraynanın ikinci böyük şəhəri olan Xarkov şəhərində Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması planlaşdırılır.
Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya bildirilib ki, bu barədə ilkin razılaşma Xarkov şəhər meri Gennadi Kernes ilə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasında keçirilən görüşdə əldə edilib.
Görüşdə A. Xudiyev bildirib ki, səfirlik Xarkov şəhərində Azərbaycan parkının açılmasına investisiyanın qoyulmasına hazırdır.
“Azərbaycan və Ukrayna arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də uğurlu birgə layihələr həyata keçirilir. İki ölkənin regionları arasında əməkdaşlıq daha da gücləndirilməlidir”, - səfir əlavə edib.
G. Kernes bildirib ki, Xarkov şəhərində metropolitenin yenilənməsi, yeni metro xətlərinin açılması, parkların salınmasında Azərbaycan şirkətlərinin iştirakında maraqlıdırlar: “Xarkovda infrastruktur layihələrin işində Azərbaycan şirkətlərini iştirak etməyə çağırıram. Biz bilirik ki, Azərbaycanda uğurlu infrastruktur layihələr həyata keçirilir. Azərbaycan modelinin Xarkovda tətbiqində maraqlıyıq”.
Görüşdə azərbaycanlı tələbələrin Xarkovda təhsil məsələləri və digər qarşılıqlı maraq doğuran mövzular da müzakirə edilib.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34