Türkiyədə fəaliyyətə başlayan Dünya Azərbaycanlıları Platformunun qurucular heyəti müəyyənləşib
16 iyun 2019 05:22 (UTC +04:00)

Türkiyədə fəaliyyətə başlayan Dünya Azərbaycanlıları Platformunun qurucular heyəti müəyyənləşib

 

Dünya Azərbaycanlıları Platformunun (DAP) qurucular heyəti və idarəçiləri bir sıra ölkələrdə ilkin nümayəndəliklərini müəyyənləşdirib.

APA-nın Türkiyə bürosuna DAP-ın qurucularından olan Samir İsgəndəroğlunun verdiyi məlumata görə, qurum mayın 28-də Türkiyədə yaşayan azərbaycanlılar tərəfindən yaradılıb.

S.İsgəndəroğlu qeyd edib ki, DAP-ın məqsədi öncə Türkiyə, daha sonra isə dünyadakı azərbaycanlılar arasında milli-mənəvi birliyi gücləndirmək, birlik olaraq həmyerlilərimizin problemlərini işıqlandırmaq və köməklik etmək, xaricdə təhsil almağa gedən azərbaycanlı tələbələrə, akademik karyerasını davam etdirməyə çalışan alimlərə, iş qurmaq və ya investisiya qoymaq istəyən iş adamlarına yardım etməkdir.

Təşkilat, həmçinin xaricdə müalicə olunması vacib olan xəstələrə lazımi köməklik və dəstəyi göstərəcəyini, Azərbaycan həqiqətlərini və azərbaycanlıları dünyaya daha yaxşı və doğru bir şəkildə tanıtmağa çalışacağını vəd edir: “DAP-ın əsas vəzifələri – azərbaycanlıların milli mənsubiyyətini təmin etmək, Azəbraycan Respulikasına dəstək vermək, Türkiyədə yaşayan azərbaycanlıları yaşadığı bölgənin inkişafına müsbət iştiraka təşviq etmək, dünyadakı digər Azərbaycan diasporları ilə işbirliyi qurmaq və Türkiyədəki azərbaycanlıların müxtəlif sahələrdə fəaliyyətlərinə dəstək verməkdir”.

DAP-ın 15 iyunda qurucular heyəti və idarə heyəti də müəyyənləşdirilib. Qurucular heyətinə Samir İsgəndəroğlu, Lalə Həsənova (Antaliya Xalqlar Dostluğu Birliyinin rəhbəri), Cəvahir Əhmədova (İzmirdə Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin rəhbəri), Vəfa Aktuz (Gülüstan Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyinin rəhəri), Kəmalə Qəhrəmanova (Avrasiya Universiteti Uşaq İnkişafı bölümünün rəhbəri), Turan Manafzadə (dirijor, pianoçu, bəstəkar, Azərbaycan Respublikasının Əməkdar artisti) və d. daxildir.DAP-a rəhbərlik S.İsgəndəroğluna həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671
avatar

Oxşar yazılar