Türkiyə Azərbaycana viza rejimi tətbiq edəcək
07 yanvar 2016 16:41 (UTC +04:00)

Türkiyə Azərbaycana viza rejimi tətbiq edəcək

 

Türkiyə Avropa İttifaqı ilə imzaladığı viza sadələşdirilməsi və readmissiya sazişi çərçivəsində 2016-cı ilin iyun ayından etibarən Aİ üzvü olmayan 89 ölkəyə viza rejimi tətbiq etməyə başlayacaq.

 

APA-nın "ensonhaber.com" saytına istinadən verdiyi məlumata görə, həmin ölkələrin sırasına Azərbaycan da daxildir.

 

Əsas məqsəd Suriya, Əfqanıstan kimi ölkələrdən Avropaya miqrant axınını əngəlləməkdir. Türkiyə öz vətəndaşları üçün viza sərbəstliyinə nail olmağın əvəzində bu sahədə üçüncü ölkələrə yönəlmiş siyasətini Aİ normaları ilə uyğunlaşdırmaq barədə öhdəlik götürüb. Bu səbəblə, Aİ-nin viza rejimi tətbiq etdiyi bütün ölkələrə Türkiyə də viza tətbiq etməlidir.

 

Türkiyə Xarici İşlər Nazirliyindən isə "Trend"ə bu xəbəri təkzib ediblər. Nazirlikdən deyiblər ki, Türkiyənin ölkəyə gələn Azərbaycan vətəndaşlarına viza tətbiq edəcəyi haqqında məlumat XİN-ə daxil olmayıb və Azərbaycan vətəndaşlarına qarşı hər hansı viza dəyişikliyi ediləcəyi gözlənilmir.

 

Qeyd edək ki, bu gün Türkiyə KİV-lərində yer alan məlumata görə, 2016-cı ilin iyun ayından etibarən Avropa İttifaqının tələbinə əsasən Türkiyə Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejimi tətbiq edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar