
Səfirimiz qətərli nazirlə görüşdü
Bu gün Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov və Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaie arasında görüş keçirilmişdir.
Görüş zamanı, hər iki ölkənin dövlət başçıları və nazirlər səviyyəsində qarşılıqlı səfərlərin Azərbaycan Respublikası və Qətər Dövləti arasında siyasi, iqtisadi və texniki əlaqələrin inkişafına töhfə verdiyi və mövcud hüquq-müqavilə bazası əsasında artan istiqamətdə inkişaf etdiyi qeyd olundu.
Eyni zamanda, görüşdə iki ölkə arasında ekologiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edildi və ticarət zamanı tələb olunan sənədlərin o cümlədən, diri heyvan və heyvan məhsulları üçün nəzərdə tutulan baytarlıq sertifikatlarının qarşılıqlı tanınması üçün müvafiq tədbirlərin görülməsinin ticarət əlaqələrinin inkişafına əlavə stimul verəcəyi bildirildi.
Sonda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tərəfindən Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaie ünvanlanmış dəvət məktubunun əsli nazirə təqdim olundu.
Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59