Rusiya ilə sərhəddə körpünün tikintisi ilin sonuna kimi yekunlaşacaq
Azərbaycanın Rusiya Federasiyası ilə dövlət sərhəddində yerləşən Samur çayı üzərində inşa olunan avtomobil körpüsünün tikintisi bu ilin sonuna kimi yekunlaşacaq. Bu barədə APA-nın şimal bürosuna “Azəravtoyol” ASC-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, tikinti işləri plana uyğun aparılır. Körpünün dekabr ayında istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Körpünün tikintisinə 2017-ci il oktyabrın 18-də başlanılıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünün yerində tikilir. Uzunluğu 325,3 metr, eni 17,3 metr təşkil edəcək körpü üç hərəkət zolağından ibarət olacaq.
780