Nalbəndyan prezidentlərin yeni görüşündən danışdı
20 iyun 2016 22:43 (UTC +04:00)

Nalbəndyan prezidentlərin yeni görüşündən danışdı

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü müsbət qiymətləndirib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, o bu barədə Sankt-Peterburqda jurnalistlərə açıqlamasında deyib.

 

"Bugünkü görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi" - , deyə E.Nalbəndyan bildirib.

 

O, həmçinin görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN  rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb . "Bütün proseslər ATƏT-in Minsk qrupu formatında həyata keçiriləcək", - Nalbandyan deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707
avatar

Oxşar yazılar