MSK Rafael Cəbrayılovun məsələsinə sabah baxacaq
01 oktyabr 2019 11:11 (UTC +04:00)

MSK Rafael Cəbrayılovun məsələsinə sabah baxacaq

Sabah saat 16:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.
 
Bu barədə APA-ya MSK-dan məlumat verilib.
 
İclasda Milli Məclisin Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı müraciətinə baxılacaq.
 
Qeyd edək ki, Milli Məclis Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib.
 
Dünən – sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etdiyini bildirib.
 
Xatırladaq ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648
avatar

Oxşar yazılar