Mahmud Məmmədquliyev Gürcüstana gedir
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iyulun 11-12-də Gürcüstana səfər edəcək.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
Onun sözlərinə görə, səfər Şərq Tərəfdaşlığı Proqramının 10-cu il dönümü münasibəti ilə keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutacaq.
D. Zalkaliani qeyd edib ki, konfransda Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da iştirak edəcək. Yüksək səviyyəli tədbirdə Avropa İttifaqının üzvü olan ölkələrdən 8 xarici işlər naziri də iştirak edəcək.
Konfrans çərçivəsində Avropa İttifaqı ilə Gürcüstan arasında 47 milyon avro həcmində yardım müqaviləsi də imzalanacaq.
829